ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
89 İmam Rəbbani Həzrətləri belə buyurmuşlar: “Sadəcə dillə niyyət olmaz. Çünki çox kimsə yalnız dillə niyyət edərək qəlblə niyyəti tərk edir. Beləcə, namazın fərzlərin- dən biri olan qəlblə niyyət yox olur. Namaz qəbul olmur. O halda niyyət dillə deyil, qəlblə edilməlidir. Fərz na- mazlarda, bayram və vitr namazlarında niyyəti bildirmək lazımdır”. 6 Məsələn: “Bugünkü sübh namazına” və ya “cümə namazına” və ya “vitr namazına” və ya “bayram namazına” deyə niyyət edilir. Nafilə namazlarda sadəcə “namaz qılmağa” deyə niy- yət etmək yetərlidir. NAMAZIN RÜKNLƏRİ Namazın altı rüknü vardır: 1. İftitah təkbiri. 4. Rüku. 2. Qiyam. 5. Səсdə. 3. Qiraət. 6. Qadeyi-axirə. İFTİTAH TƏKBİRİ (Allahu Əkbər deyərək başlamaq) Namazın rüknlərindən birinсisi iftitah təkbiridir, yəni namaza “Allahu əkbər” deyərək başlamaqdır. Təkbir alarkən ilk heсanı (Aaallahu) şəklində uzatmaq caiz deyil. Bunu edən kimsə namaza girməmiş olur. Namaz içində edərsə, namazı pozulur. 6 “M ə ktubati-İmamı-R ə bbani”, 1/m.186
RkJQdWJsaXNoZXIy NTY0MzU=