ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

86 KƏRAHƏT VAXTLARI Üç vaxt vardır ki, bu vaxtlarda namaz qılınmaz: 1. Günəş çıxdıqdan sonra (təxminən 40-50 dəqiqə). 2. Günəş tam zəval vaxtında olarkən, yəni zöhr namazından əvvəlki vaxt (təxminən 20 dəqiqə). 3. Günəş batarkən, yəni axşam namazından əvvəlki 45 dəqiqə içində. Bu vaxtda anсaq o günün əsr namazının fərzi qılına bilər. Bu üç vaxtda qəzaya qalmış fərz namazlar, vacib namazlar, kərahət vaxtından əvvəl hazırlanmış cənazənin namazı qılınmaz. Yenə öncədən oxunmuş bir səcdə ayəsindən ötrü tilavət səcdəsi də edilməz, əks halda yenidən edilməsi lazımdır. Bu üç vaxtda nafilə namaz da qılınmaz, ancaq qılındığı təqdirdə təkrar qılınması lazım gəlməz. Kərahət vaxtlarında Quran oxuyub zikr etmək caizdir. Sübh namazının vaxtı girdikdən sonra (sübh nama- zının sünnəti xaric) günəş doğana qədər, əsr namazı qılındıqdan sonra da günəş batana qədər nafilə namaz qılmaq məkruhdur. AZAN VƏ İQAMƏ Namaz üçün azan oxumaq vacib qüvvətində olan bir sünnəti-müəkkədədir. Bir namaz vaxtının girməsi azan ilə elan olunur. Bir gündə beş vaxt namaz üçün beş dəfə azan oxunur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=