ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

85 İstibra, kişilərin sidiyə getdikdən sonra kişilik üz- vündəki axıntını tamamilə kəsmələridir. Bu, o üzvü aşağı- dan yuxarı sıxaraq çəkdikdən sonra öskürmək, bir miqdar yerimək, bir yana əyilməklə olur. SƏTRİ-ÖVRƏT (Övrət yerini örtmək) Namazın şərtlərindən üçünсüsü sətri-övrət, yəni öv- rət yerini örtməkdir. Övrət yeri, insan bədənində başqaları tərəfindən görülməsi və göstərilməsi haram olan yerlərdir. Kişilərin övrət yeri göbəyindən diz qapağının altına qədər- dir. Qadınların isə biləklərinə qədər əlləri, topuqlarına qə- dər ayaqları və üzləri xaric, bütün bədənləri övrət yeridir. İSTİQBALİ-QİBLƏ (Qibləyə dönmək) Namazın şərtlərindən dördünсüsü istiqbali-qiblə- dir. İstiqbali-qiblə: Məkkədə Kəbəni görənlər üçün tam Kəbəyə tərəf dönməkdir. Uzaqda olduqları üçün Kəbəni görə bilməyənlərin də Kəbə tərəfinə dönmələri yetərlidir. VAXT Namazın şərtlərindən beşinсisi vaxtdır, yəni hər na- mazı vaxtı girdikdən sonra qılmaqdır. Vaxtı girmədən qı- lınan namaz əda edilmiş sayılmaz. Namaz vaxtları hər bölgəyə görə hazırlanan təqvim- lərlə təyin edilmişdir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=