ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
84 NƏСASƏTDƏN TƏHARƏT (Pislikdən təmizlənmək) Namazın şərtlərindən ikinсisi nəсasətdən təharətdir. Yəni namaz qılınan yerdə, bədəndə və ya paltarda nama- zın qılınmasına mane olacaq pislik varsa, təmizləməkdir. Nəсasət iki qisimdir: 1. Ağır (ğaliz) nəсasət: İnsanın ön və arxasından çıxan nəcasət, əti yeyilməyən heyvanların sidiyi, nəcisi və ağız suyu, toyuq, qaz və ördəyin nəcisi, qan, irin, məni, məzi, vədi, ağızdolusu gələn qusuntu, şərab və digər ha- ram içkilər. Bu nəсasətlərdən sidik, qan, irin kimi maye olanlar ovuc içindən geniş, nəcis kimi qatı olanlar da bir dirhəmdən (3,2 qram) ağır olarsa, namaza manedir. Bu nəcasətlərin hamısı bir yerdə və ya ayrı-ayrı yerlərdə olsa, təmizləmək fərzdir. 2. Xəfif nəсasət: Atın sidiyi, əti yeyilən ev heyvanla- rının və vəhşi heyvanların nəcisi, əti yeyilməyən quşların nəcisidir. Bu nəсasət bir üzvün və ya paltarın dörddə bi- rindən çoxuna bulaşmışsa, namaza manedir. İSTİNСA-İSTİNQA-İSTİBRA İstinсa, bir kimsənin böyük və kiçik bayıra getdikdən sonra pisliyin çıxdığı yeri təmizləməsidir. İstinqa, istincada mübaliğəli davranmaqdır. Yəni əv- vəlcə pisliyi quru bir şeylə silmək, sonra su ilə yumaq, sonra da qurulamaqdır.
RkJQdWJsaXNoZXIy NTY0MzU=