ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
83 HEYZ VƏ NİFAS HALLARINDA EDİLMƏSİ HARAM OLAN ŞEYLƏR 1. Namaz qılmaq : Heyz və nifas halında olan xa- nımlar namaz qıla bilməz. Bu halda qılınmayan namaz- lar sonradan qəza da edilməz. Tilavət və şükür səcdəsi də edilməz. Ancaq arzu edilərsə, namaz vaxtları girdiyin- də səccadəyə oturulub “Əstağfirullah”, “Sübhanəllah”, “Əlhamdulillə̂h” kimi təsbehləri oxuya bilər. 2. Oruc tutmaq: Heyz və nifas halında oruc tutula bilməz. Ancaq Ramazan orucu sonradan qəza edilir. 3. Qurani-Kərim oxumaq: Sadəcə zikr, səna, yaxud dua ayələri zikr və dua niyyəti ilə oxuna bilər. Lakin hökm və xəbər bildirən ayələr dua, səna və zikr məqsədi ilə də olsa, oxuna bilməz. 4. Qurana toxunmaq (Bir ayə belə olsa…): Kağız, parça və divar üzərində olsa belə, ayəyə toxuna bilməz. Lakin yapışıq olmayan bir qılafla toxuna bilər. Paltarın biləyi ilə tutmaq isə təhrimən məkruhdur. 5. Məscidə girmək. 6. Kəbəni təvaf etmək. 7. Əri ilə cinsi münasibətdə olmaq . 8. Kişinin xanımının göbəyi ilə diz qapaqları ara- sından çılpaq şəkildə faydalanması da caiz deyildir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=