ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

82 • Qadının adət günləri arasındakı qan gəlməyən gün- lər də heyzdən sayılır. Məsələn: Ən az heyz müddəti olan üç günün birinci və üçüncü günlərində qan gəlib arada keçən ikinci günündə qan gəlməzsə, bu ikinci gün də heyzdən sayılır. • Heyzin qurtardığının bilinməsi üçün axıntının rən- ginin tamamilə ağa dönməsi lazımdır. Qan qırmızı rəngdə olmaqla yanaşı, torpaq rəngində, bulanıq, yaşıl, sarı və qara olaraq da gələ bilər. • Bəzi qadınlarda adət günləri sabit deyildir. Məsələn: Bir ay altı, digər ay beş gün adət görə bilər. Bu halda, kəsildiyi gün olan beşinci gün yuyunub namazını qılar, orucunu tutar, lakin ehtiyat olaraq əri ilə bərabər olmaz, adət olan günü sayar. • Bəzi qadınların adət günləri müəyyəndir. Məsələn: Hər ay altı və ya yeddi və ya doqquz gün adət görürlər. Bir adət bir dəfə ilə qərarlaşmış sayılır. Belə ki: ilk dəfə adət görməyə başlayan bir qız 7 gün qan, bundan sonra təmizlik görsə, adəti 7 gün olaraq qərarlaşmış olur. • Qadınların müəyyən adət günləri bəzən dəyişir. Bir adətin dəyişmiş olması üçün ona zidd iki adət halı görül- məlidir. Hər ay altı gün adət görən bir qadın ard-arda iki ay, məsələn, səkkiz gün adət görsə, beləliklə, artıq adəti altı gün deyil, səkkiz gün olur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=