ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
81 QADINLARAMƏXSUS HALLAR Qadınlara məxsus üç hal vardır: 1. Heyz. 2. Nifas. 3. İstihazə. 1. Heyz: Qadınlıq (həddi-büluğ) çağına çatmış biri- nin rəhmindən müəyyən müddətlərdə gələn qandır. Ən tez 9 yaşda başlar, ən geс 55 yaşda başa çatar. Bu şəkildə gələn qana “heyz qanı”, bu hala isə “heyz halı” və ya “ay- başı halı” deyilir. 2. Nifas: Doğumdan dərhal sonra qadının rəhmindən axan qandır. Buna lohusalıq qanı da deyilir. 3. İstihazə: Heyz görən bir qadından üç gündən az, yaxud on gündən sonra gələn qana istihazə qanı deyilir. Lohusa olan bir qadından qırx gündən sonra gələn qan da istihazə qanıdır. Bu qan qadının namazına, orucuna və digər ibadətlərinə mane olmadığı kimi cinsi münasibətə də maneə təşkil etməz. İstihazə qanı gələn qadın hər vaxtın əvvəlində dəstəmaz alıb namazını qılar. Bu, kəsilməyən burun qanı kimidir. • Heyz ən az üç gün üç gecə, ən çox isə on gün on gecə davam edər. • İki adət arasındakı təmizlik halına “tuhur” deyilir. Tuhur ən az 15 gündür, ən çoxu üçün isə hüdud yoxdur. • Nifasın ən az müddəti üçün qoyulmuş bir hədd yox- dur. Nifasın ən çox müddəti doğuşdan başlayaraq qırx gündür. Əkiz doğmuş bir qadının nifas günləri ilk uşağın doğulduğu vaxtdan hesablanır.
RkJQdWJsaXNoZXIy NTY0MzU=