ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

80 Məshi pozan şeylər bunlardır: 1. Məstin ayaqdan çıxması. 2. Məstlər ayaqda olarkən ayaqlardan birinin çox hissəsinin islanması. 3. Məsh müddətinin başa çatması. MƏSHİN MÜDDƏTİ Məst geyən kimsə məstini geymədən öncə aldığı dəstəmazının pozulmasından başlayaraq 24 saat, səfərdə olan isə 72 saat məsh edər. SARĞI VƏ YARANIN ÜSTÜNƏ MƏSH Qırıq, çıxıq və yaranın üstünə sarğı sarılsa, yaxud gips qoyulsa, o üzvü yumaq zərərlidirsə, sarğının çoxu- nun üstünə məsh çəkilir. Əgər məsh etmək də zərər verərsə, məsh edilməz. Sarğının məst kimi bir zamanı yoxdur. Üzr davam etdikcə məsh edilir. Dəstəmazlı olaraq sarılması şərt deyildir. Məsh edildikdən sonra sarğı açılsa və ya düşsə, yaxud da mövcud sarğının üstünə ikinci bir sarğı bağlansa, məshi təzələmək lazım gəlməz.

RkJQdWJsaXNoZXIy NTY0MzU=