ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

79 MƏSTLƏRİN ÜSTÜNƏ MƏSH Müsəlman kişi və qadının dəstəmaz alarkən məstlərin üstünə məsh çəkməsi caizdir. Məshin caiz olmasının şərtləri: 1. Məstlər dəstəmazlı halda geyilmiş olmalıdır. 2. Məstlər topuqlarla birlikdə ayaqları örtməli və ən az 12 min addım (təqribən 5 km) yerimək mümkün olmalıdır. 3. Məstlərin heç birində (ayaq barmağının ən kiçiyi ilə) üç barmaq qədər deşik və yırtıq olmamalıdır. 4. İçinə asanlıqla su keçirməməli və bağlanmadan ayaqüstə dik dura bilməlidir. 5. Məst geyiləcək ayağın ön tərəfində ən az üç əl bar- mağı genişliyində bir yer olmalıdır. (Bir ayağı kəsilmiş və sadəcə topuğu qalmış bir kimsə digər ayağını da məsh edə bilməz). MƏSHİN MİQDARI Məstin ön tərəfindən üç çeçələ barmağı qədər bir yeri isladaraq məsh etmək fərzdir. İsladılmış əl barmaqlarını açaraq ayağın ucundan eti- barən məstin quncuna tərəf çəkmək sünnətdir. MƏSHİ POZAN ŞEYLƏR Dəstəmazı pozan hər şey məshi də pozar. Ancaq məshin müddəti hələ bitməmişsə, alınacaq dəstəmazda məstlərə məsh edilir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=