ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

71 TƏYƏMMÜMÜN FƏRZLƏRİ Təyəmmümün iki fərzi vardır: 1. Niyyət. 2. İki darb (vurmaq) və məsh. TƏYƏMMÜM BELƏ ALINIR Bir müsəlman qüsl və ya dəstəmaz almaq üçün su tapa bilməzsə və ya tapdığı suyu istifadə etməsinə xəstə- liyinin şiddətlənməsi, düşmən təhlükəsi və s. kimi ciddi bir maneə mövcuddursa, niyyət edib torpaq və ya torpaq cinsindən bir şeylə təyəmmüm alar. Belə ki, niyyət edib əuzu-bəsmələ çəkərək əllərini bir dəfə torpaq və ya torpaq cinsindən olan bir şeyə vurub irəli-geri sürtər (şəkil 1). Əlləri bir-birinə vuraraq artıq tozları silkələyər (şəkil 2). Onunla üzünü (dəstəmazda yuduğu yerləri) məsh edər (şəkil 3). İkinci dəfə əllərini eyni şəkildə vurub irəli-geri sürtər, artıq tozları silkələyər. Əvvəlcə sağ qolunu (şəkil 4-5), sonra sol qolunu məsh edər (şəkil 6-7). Qolun içdə və çöl tərəfində məsh edil- məyən yer saxlamaz. Tərtibə riayət edib əvvəlcə üzü, sonra qolları məsh edər. Və məshlər arasında fasilə verməz. Təyəmmüm edərkən qoldakı saat, bilərzik və bar- maqdakı üzüyün çıxardılması və ya yerlərindən oynadıl- ması lazımdır.

RkJQdWJsaXNoZXIy NTY0MzU=