ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
70 DİŞ PLOMBLAMAMƏSƏLƏSİ Dişinin az bir hissəsi çürümüş və ya qırılmış kimsənin dişini plomblaması və ya qapaq taxdırması caizdir. Lakin zərurətsiz, bəzək üçün caiz deyildir. Hənəfi məzhəbi müctəhidlərindən İmam Muhammədə (rah.) görə tərpənən dişləri qızıl tel ilə bağlatmaq, düşən və çıxarılan dişin yerinə qızıl diş taxmaq caizdir. İmam Azam Əbu Hənifəyə (rah.) görə isə qızıl qapaq taxmaq caiz deyil, gümüş qapaq caizdir. İmam Əbu Yusuf (rah.) da (bir rəvayətdə) İmam Muhamməd (rah.) kimi buyur- muşdur. Qızıl qapaq taxdırmaqda İmam Muhammədin ictihadı ilə əməl edilə bilər. Alimlər İmam Əbu Yusufla İmam Muhammədin ictihadına görə fətva vermişlər. Bundan başqa, Osmanlı alimlərindən Şeyxulislam Uryanizadə diş plomblamaq üçün fətva vermişdir. İslam dinində asanlaşdıracağıq deyə, şəriətin icazə vermədiyi bir məsələyə “caizdir” deyilə bilməz. Lakin caiz olan bir məsələ üçün də “caiz deyildir” deyib çətinlik törədilə bilməz. TƏYƏMMÜM Təyəmmüm, dəstəmaz almaq və ya qüsl etmək üçün su- yun tapılmaması və ya istifadə edilə bilməməsi halında, niy- yət edib əlləri torpaq cinsindən bir şeyə iki dəfə vuraraq bi- rinсidə üzü, ikinсidə dirsəklərinə qədər əlləri məsh etməkdir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=