ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
69 2. Bəsmələ çəkilib tam bir namaz dəstəmazı alınır. Ayaqların altında su yığılırsa, ayaqlar ən sonda yuyulur. 3. Bu dəstəmazı alarkən ağız və buruna bol-bol su alı- nır. Çünki bu yuma ilə qüsldəki fərz olan ağız və buruna su almaq da yerinə gəlmiş olur. 4. Başa üç dəfə su tökülür və hər dəfəsində ovxalanır. Bu əsnada saqqal, bığ və saçların dibinə suyu çatdırmaq lazımdır. 5. Sağ çiyinə üç dəfə su tökülür və hər dəfəsində bə- dən ovxalanır. 6. Sol çiyinə üç dəfə su tökülür və hər dəfəsində bə- dən ovxalanır. Bədən göbək çuxuru daxil, heç quru yer qalmayacaq şəkildə ovxalanaraq yuyulur. QÜSL DƏSTƏMAZI VƏ QAPAQ DİŞ MƏSƏLƏSİ Hənəfi məzhəbinə görə qüsldə ağız və burun bədənin xarici sayıldığı üçün yuyulması fərzdir. Şafi məzhəbinə görə isə sünnətdir. Qüsl edəcək kimsənin ağzındakı dişlərə qapaq taxıl- mışsa və ya plomblanmışsa, qapaq taxılan və plomblanan dişin qapağının və plombunun üzərinin yuyulması ilə qüsl tamam olur. Ancaq dişlər sabit olmayıb çıxarıla bilirsə, çıxarılması lazımdır. Bu hal, yara və sarğının üstünə məshin caiz olması kimidir. Yaranın üstündəki sarğının altını yumaq məcbu- riyyəti olmadığı kimi bu hökm diş üçün də keçərlidir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=