ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

68 QÜSL Qüsl: cənabətdən, heyz və nifasdan təmizlənmək üçün bütün bədəni ağzın və burnun içi ilə birlikdə yumaqdır. Qüsl cinsi münasibət və ehtilam səbəbi ilə, bir də heyz və nifasın başa çatması ilə lazım gəlir. Ehtilam, məninin yuxuda cinsiyyət üzvündən şəhvət- lə çölə çıxmasıdır. QÜSLÜN FƏRZLƏRİ Qüslün fərzləri üçdür: 1. Ağıza su almaq. 2. Buruna su almaq. 3. Bütün bədəni yumaq. QÜSLÜN SÜNNƏTLƏRİ 1. Niyyət etmək. 2. Bəsmələ çəkmək. 3. Əvvəlсə övrət yerini yumaq. 4. Əvvəlcə başa, sonra sağ, daha sonra sol çiyinə üç dəfə su tökmək və hər dəfəsində bədəni ovxalamaq. QÜSL DƏSTƏMAZI NEСƏ ALINIR Sünnət üzrə qüsl dəstəmazı belə alınır: 1. Qüslə niyyət edilib əllər yuyulur. Təmiz olsalar belə, ön və arxa övrət yerləri yuyulur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=