ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
53 8. Bəsmələ çəkilərək sağ əllə başın dörddə biri məsh edilir (şəkil 8) . Sonra şəhadət barmaqları ilə qulaqlar, baş barmaqlarla da qulaqların arxası məsh edilir (şəkil 9). Əlin baş və şəhadət barmaqları xaric, digər üç barmaqla da boyun məsh edilir (şəkil 10). Qaplama (başın hamısını) məsh etmək sünnətdir. Qaplama məsh belə edilir: Əvvəlсə iki əl isladılır, baş və şəhadət barmaqları ayrı tutulub digər barmaqlar bir-birinə yapışdırılır. İç tərəfləri başın önündə saçların başlanğıcına qoyulur. Baş və şəhadət barmaqları və ovuc içi başa toxun- durulmaz. İki əl geriyə tərəf çəkilərək məsh edilir. Ovucla- rın içi ilə başın yan tərəfi arxadan önə tərəf çəkilərək məsh edilir. Sonra şəhadət barmaqları ilə qulaqların içi məsh edi- lir. Baş barmaqlar da qulaq arxasına qoyulub qulaq arxaları yuxarıdan aşağıya məsh edilir. Digər üç barmağın üst tərəfi ilə də ənsə məsh edilir. Boğaz məsh edilməz. 9. Ayaqlar sol əllə yuyulur. Bəsmələ çəkərək sağ aya- ğın ucundan yumağa başlanılır (şəkil 11) və ayaq bar- maqları sol əlin kiçik barmağı ilə hilallanır. Hilallamağa sağdan sola doğru, yəni sağ ayaqda kiçik barmaqdan, sol ayaqda isə baş barmaqdan başlanılır və altdan üstə tərəf yerinə yetirilir. Sağ ayaq kimi sol ayaq da bəsmələ çəkərək yuyulur (şəkil 12). Dəstəmazda hər üzvyuyularkənkəlməyi-şəhadət oxunur. Dəstəmazdan sonra artıq qalan sudan ayaqüstə və qibləyə tərəf durularaq bir neçə qurtum içilir. Dəstəmazdan sonra bu üç şey məndubdur: • Kəlməyi-şəhadət oxumaq və,
RkJQdWJsaXNoZXIy NTY0MzU=