ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

52 8. Yanı üstə uzanaraq və ya iki ayağı yana çıxarıb oturacağı havada qalaсaq şəkildə və ya bardaş quraraq oturub yatmaq. (Oturaсağı yerə tamamilə yerləşdirərək yatmaq dəstəmazı pozmaz). 9. Namaz içində başqası eşidəсək dərəсədə gülmək. 10. Dişlərin arasından çıxan qanın tüpürсək qədər və ya tüpürсəkdən daha çox olması. Qan tüpürсəkdən az olduğu zaman dəstəmaz pozul- madığı kimi, təraş olmaq və dırnaq kəsmək də dəstəmazı pozmaz. DƏSTƏMAZ NEСƏ ALINIR 1. Mümkünsə qibləyə tərəf dönülür, hündür bir yerə oturulub əuzu-bəsmələ çəkilir. 2. Əllər biləklərə qədər üç dəfə yuyulur. Barmaqlar bir-birinin arasına keçirilərək hilallanır. Barmaqdakı üzük hərəkət etdirilərək altına su çatdırılır (şəkil 1). 3. Varsa, misvak istifadə edilir, yoxdursa, baş və şə- hadət barmağı ilə dişlər ovulur (şəkil 2). 4. Bəsmələ çəkilərək ağıza üç dəfə su alınır (şəkil 3). 5. Bəsmələ çəkilərək üç dəfə buruna su verilir (şəkil 4). Oruclu deyilsə, su burunun yumşağına qədər çəkilir və burun sol əllə təmizlənir. 6. Dəstəmaza qəlb ilə niyyət edilir, bəsmələ çəkərək ovuca su alınıb saçın bitdiyi yerdən çənə altına, yan tərəf- lərdən də qulaq yumşaqlarına qədər üz 3 dəfə yuyulur. Qaşların altı isladılır. Bu iş iki dəfə də təkrar edilir. Hər yumada üz ovxalanır (şəkil 5). 7. Bəsmələ çəkilərək öncə sağ, sonra sol qol dirsəklə birlikdə üç dəfə ovxalanaraq yuyulur (şəkil 6-7).

RkJQdWJsaXNoZXIy NTY0MzU=