ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

51 9. Üzvləri üç dəfə yumaq. 10. Başı qaplama məsh etmək. 11. Dəstəmazı tərtib üzrə almaq, yəni dəstəmaz üzv- lərini sıra ilə yumaq. 12. Əl və ayaqları yumağa barmaq uсlarından başlamaq. Dəstəmaz alarkən oxunaсaq bir çox dua olmaqla yana- şı, ən yaxşısı hər üzvü yuyarkən bəsmələ çəkib kəlməyi- şəhadət gətirməkdir. DƏSTƏMAZIN MƏKRUHLARI 1. Sağ əllə fınxırmaq (burunu təmizləmək). 2. Dəstəmaz üzvlərindən birini üç dəfədən artıq və ya əskik yumaq. 3 . Suyu üzə çırpmaq. 4. Günəşdə isinmiş su ilə dəstəmaz almaq. 5. Suyu çox az işlətmək və ya israf etmək. 6. Dəstəmaz alarkən danışmaq. 7. Dəstəmazın sünnətlərini tərk etmək. DƏSTƏMAZI POZAN ŞEYLƏR 1. Öndən və arxadan sidik, qan, ğaita (nəcis) kimi nə- casət və məninin çıxması. 2. Bədəndən qan, irin və sarı suyun axması. 3. Ağızdolusu qusmaq. 4. Dəli olmaq. 5. Sərxoş olmaq. 6. Huşunu itirmək. 7. Arxadan hava çıxması.

RkJQdWJsaXNoZXIy NTY0MzU=