ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
50 isə qüsl etmələri, yəni bütün bədənlərini yumaları şərtdir. Qadınların lohusalıq və aybaşı hallarından sonra da qüsl etmələri fərzdir. DƏSTƏMAZ Dəstəmaz, müəyyən üzvləri üsuluna görə yumaq- dan və məsh etməkdən ibarət dini bir təmizlikdir. Dəstə- mazsız bir kimsə namaz qıla, Kəbəni təvaf edə, Qurani- Kərimə toxuna bilməz. DƏSTƏMAZIN FƏRZLƏRİ Dəstəmazın fərzi dörddür: 1. Üzü yumaq. 2. Əlləri dirsəklərlə birlikdə yumaq. 3. Başın dörddə birini məsh etmək, yəni əli su ilə is- ladaraq başa sürtmək. 4. Ayaqları (topuqlarla birlikdə) yumaq. DƏSTƏMAZIN SÜNNƏTLƏRİ 1. Niyyət etmək. 2. Əuzu-bəsmələ (əûzu billə̂hi minəşşəytânirracîm - bismillə̂hirrahmə̂nirrahîm) deyərək başlamaq. 3. Əvvəlсə əlləri biləklərə qədər yumaq. 4. Misvak istifadə etmək. 5. Bir üzv qurumadan digərini yumaq. 6. Ağıza və buruna üç dəfə su vermək. 7. Qulağı məsh etmək. 8. Əl və ayaq barmaqlarını hilallamaq.
RkJQdWJsaXNoZXIy NTY0MzU=