ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
49 NAMAZ Allahu Təalaya və Peyğəmbər Əfəndimizə (s.a.v) imandan sonra İslamın şərtlərinin ən böyüyü və ən mühümü namazdır. Namaz imanın əlamətidir. Bütün peyğəmbərlər ümmətlərinə namazı ən fəzilətli ibadət olaraq bildirmişlər. Namazın fərzləri on ikidir. Namazın xaricindəki fərz- lərinə şərt, daxilindəki fərzlərinə isə rükn deyilir. NAMAZIN ŞƏRTLƏRİ NAMAZIN RÜKNLƏRİ 1. Hədəsdən təharət. 1. İftitah təkbiri. 2. Nəcasətdən təharət. 2. Qiyam. 3. Sətri-övrət. 3. Qiraət. 4. İstiqbali-qiblə. 4. Rüku. 5. Vaxt. 5. Səcdə. 6. Niyyət. 6. Qadeyi-axirə. HƏDƏSDƏN TƏHARƏT Namazın şərtlərindən birinсisi hədəsdən təharətdir. Hədəs iki qisimdir: Kiçik hədəs, yəni dəstəmazı olmamaqdır. Böyük hədəs, yəni cünub olmaq, qadınların lohusa və ya heyzli (aybaşı halında) olmasıdır. İstər qadın olsun, istər kişi, namaz qılacaq kimsələrin dəstəmazsız olduqda dəstəmaz almaları, cünub olduqda
RkJQdWJsaXNoZXIy NTY0MzU=