ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
48 b) Fərzi-kifayə: Bəzi müsəlmanların etməsi ilə di- gər müsəlmanlardan məsuliyyəti qalxan fərzlərdir. Cə- nazə namazı və salam almaq kimi. Əgər belə bir fərzi müsəlmanlardan heç biri işləməzsə, hamısı məsul olur. 2. Vaсib: Fərz dərəcəsində qəti olmayan dəlillə sabit olan hökmlərdir. Vitr və Bayram namazları kimi. 3. Sünnət: Peyğəmbərimizin (s.a.v) mübarək sözü, əməli və başqası etdiyində xoş gördüyü şeylərdir. Sünnət iki qismə bölünür: a) Sünnəti-müəkkədə: Peyğəmbərimizin (s.a.v) da- vamlı olaraq işləyib çox az tərk etdiyi sünnətlərdir. Sübh və zöhr namazlarının sünnətləri kimi. b) Sünnəti-qeyri-müəkkədə: Peyğəmbərimizin (s.a.v) hərdənbir işlədiyi sünnətlərdir. Əsr ilə işa na- mazlarının ilk sünnəti kimi. 4. Müstəhab: Peyğəmbərimizin bəzən etdiyi şeylər- dir. Sədəqə vermək və nafilə oruс tutmaq kimi. 5. Mübah: Edilməsində savab, tərk edilməsində isə günah olmayan şeylərdir. Oturmaq, qalxmaq, yemək, içmək kimi. 6. Məkruh: Edilməsi xoş görülməyən və əməlin sava- bını azaldan şeylərdir. Namaz içində ətrafa baxmaq kimi. 7. Müfsid: Başlanan bir ibadəti pozan şeylərdir. Dəstəmazlı ikən bir yerindən qan və ya irinin çıxması, namazda gülmək, oruсlu ikən bir şey yemək kimi. 8. Haram: Edilməsi qəti dəlillə qadağan olunan şey- lərdir. Spirtli içki içmək, ata-anaya asi olmaq kimi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=