ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

43 MƏZHƏB Məzhəb, böyük din müсtəhidlərinin ədilləyi-şəriyyə- dən çıxardıqları məsələlər və hökmlər toplusudur. Peyğəmbərimiz (s.a.v) həyatda ikən müsəlmanlar hər cür məsələlərini Əfəndimizdən, Ondan sonra isə Səhabəyi- Kiramın böyüklərindən soruşub öyrənirdilər. Məzhəb imamları dini məsələləri Səhabəyi-Kiramdan və Tabiindən öyrənmiş vəbunları bir yerə toplamışlar.Ayə, hədis və icmada olmayan xüsuslarda da öz görüşlərini, yəni ictihadlarını bildirmiş, beləliklə, məzhəblər meydana gəlmişdir. Məzhəb iki qisimdir: 1. Etiqadda məzhəb. 2. Əməldə məzhəb. Etiqadda haqq məzhəb Əhli-sünnət və camaat məz- həbidir. Bu da Peyğəmbər Əfəndimizin və Səhabəsinin etiqad (inanс) və əməli üzrə olanların məzhəbidir. Əhli-sünnət və camaat məzhəbinin etiqadda iki imamı vardır: 1. İmam Əbu Mənsur Maturidi. 2. İmam Əbul-Həsən Əşari. İmam Əbu Mənsur Muhamməd Maturidi həzrətlə- ri hiсri 280-ci (miladi 894) ildə Türküstanın Səmərqənd şəhərinin Maturid kəndində doğulmuş, H.333-cü (m.945) ildə Səmərqənddə vəfat etmişdir. İmam Əşari həzrətləri hicri 260-cı (m.873) ildə Bəs- rədə doğulmuş, H.324-cü (m.936) ildə isə Bağdadda vəfat etmişdir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=