ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
42 ƏDİLLƏYİ-ŞƏRİYYƏ Ədilləyi-şəriyyə din və şəriət hökmlərinin çıxarıldığı və əsaslandığı mənbələrdir ki, bunlar da dörddür: 1. Kitab: Qurani-Kərim. 2. Sünnət: Peyğəmbərimizin (s.a.v) mübarək sözləri, etdikləri və başqaları tərəfindən edilən işlərdə o işə razılıq əlaməti olaraq susmasıdır. 3. İсmai-ümmət: Bir əsrdə Ümməti-Muhamməd müсtəhidlərinin bir məsələ haqqında ittifaq etmələridir. 4. Qiyasi-füqaha: Bir hadisənin kitab, sünnət və iсmai-ümmətlə sabit olan hökmünü eyni illətə əsas- landıraraq, o hadisənin tam bənzərində də ictihad yolu ilə isbat etməkdən ibarətdir. İсtihad: Şəriət hökmünü şəriət dəlilindən çıxararkən bütün elmi qüvvəsini sərf etməkdir. Müсtəhid: Hər hansı bir şəriət hökmünü ayəti- kərimə və hədisi-şəriflərdən çıxaran, qiyas edə bilən bö- yük alimdir. Müсtəhid ola bilmək üçün bütün İslami elm- lərə vaqif olduqdan sonra mövhibəyi-İlahi (Allah vergisi) olan lədünni elminə də sahib olmaq lazımdır. Elm əld ə etm ə nin yolları və bilgi vasitələrimiz Elm əldə etmənin üç yolu var: 1. Xavassı-səlimə: Görmə, eşitmə, dadma, toxunma və qoxlama adlarını verdiyimiz beş hiss. 2. Xəbəri-sadiq: Doğru xəbər olub iki qisimdir: a) Peyğəmbərlərin verdiyi xəbər; b) Yalanda birləşmələri mümkün olmayan bir camaa- tın verdiyi xəbər. 3. Ağıl.
RkJQdWJsaXNoZXIy NTY0MzU=