ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

41 HƏR MÜSƏLMANIN DİQQƏTLƏ ÇƏKİNMƏSİ LAZIM OLAN MƏSƏLƏLƏR 1. Əhli-sünnətə uyğun olmayan (pozuq) inanclar. 2. Saleh əməlləri tərk etmək. 3. Niyyətdə və işlərində doğruluğu tərk etmək. 4. Günahda israr etmək (günah işləməyə davam etmək). 5. İslam nemətinə şükrü tərk etmək. 6. İmansız ölməkdən qorxmamaq. 7. Başqalarına zülm etmək. 8. Sünnət üzrə oxunan azana qarşılıq verməmək. 9. Dinə zidd olmayanməsələlərdə ata-anasına asi olmaq. 10. Boş yerə və çox and içmək. 11. Namaza əhəmiyyət verməmək, tədili-ərkanı tərk etmək. 12. Haram olan (sərxoşluq verən) içkiləri içmək. 13. Müsəlmanlara əziyyət vermək. 14. Övliya olmadığı halda övliya olduğunu iddia etmək. 15. Günahını unutmaq və kiçik görmək. 16. Özünü bəyənmək və çox alim görmək. 17. Sözgəzdirənlik və qeybət etmək. 18. Mömin qardaşına paxıllıq etmək, çəkə bilməmək. 19. Ulul-əmrə itaət etməyib üsyan etmək. 20. Bir adam haqqında araşdırmadan, bilmədən, “yaxşıdır” və ya “pisdir” deyə hökm vermək. 21.Yalan danışmaq. 22. Dini öyrənməkdən çəkinmək (öyrənmə imkanı olduğu halda öyrənməmək). 23. Kişilərin qadınlara, qadınların da kişilərə bən- zəməyə çalışması. 24. İslam dininin düşmənlərinə sevgi bəsləmək. 25. Həqiqi din alimlərinə düşmən olmaq.

RkJQdWJsaXNoZXIy NTY0MzU=