ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

39 İMANIN QORUNMASININ ŞƏRTLƏRİ Bütün möminlərin imanı qoruma məsələsində aşağı- dakı xüsuslara diqqət etməsi lazımdır: 1. Qeybə inanmaq. Qeyb, beş hiss ilə dərk edilməyən şeylərdir. Allah, mələk, cənnət, cəhənnəm və сin kimi. 2. Halalın halal olduğuna inanmaq. Yəni halal olan şeylərə haram deməmək. 3. Haramın haram olduğuna inanmaq. Yəni haram olan şeylərə halal deməmək. Məsələn: Pivə daxil, spirtli içkilərə, faizə və digər haram olan şeylərə halal deməmək. 4. Daim Allahdan qorxmaq. 5. Müqəddəsata (İslamın müqəddəs saydığı şeylərə) hörmət edib, laqeyd davranmamaq. 6. Allahın rəhmətindən ümidini kəsməmək. 7. Kafiri kafir bilmək, mömini mömin bilmək. Bir kimsə sözü, yazısı və ya əməli ilə din düşmənliyi edən birinə müsəlman desə, dindən çıxar. Bundan başqa, dinə xidmət edən və dini yaymağa çalı- şan iman sahiblərinə də kafir deyən yenə dindən çıxmış olar. 8. Allaha məkan isnad etməmək. Məsələn: “Allah göydədir”, - demək insanı dindən çıxarar. 9. Qurana şübhəsiz inanmaq. Məsələn: Quranın əs- kik və ya artıq olduğunu söyləmək, “Сəbrail xəta etdi” söyləmək insanı dindən çıxarar.

RkJQdWJsaXNoZXIy NTY0MzU=