ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
37 Qul bütün etdiklərindən özü məsul olduğuna görə artıq qulun etməli olduğu şey üsyan etmək deyil, müqəddərata boyun əyib başına gələnə razı olmaqdır. Bununla yanaşı, bizi görünən və görünməyən bəlalardan qoruması, səhhət və afiyət içində bir ömür verməsi üçün Allahu Təalaya yal- varmaq da üzərimizə düşən mühüm bir vəzifədir. Peyğəm- bər Əfəndimiz (s.a.v) bir hədisi-şəriflərində: “Sədəqə ver- mək bəlanı dəf edər, ömrü uzadar” , - buyurmuşlar. QƏDƏR Qədər, İlahi proqramdır. Yəni əzəldən əbədə qədər xeyir və şər (pis-yaxşı) meydana gələсək bütün hadisələr haqqında Allahu Təalanın Öz elmi ilə bilib iradə etməsi və təqdir buyurmasıdır. QƏZA Qəza, Allahu Təalanın əzəldə təqdir etdiyi hadisələrin zamanı gəldiyində elm və iradəsinə uyğun olaraq meyda- na gəlməsidir. Məsələn: Allahu Təalanın əzəldə hər han- sı bir insanın filan gündə dünyaya gəlməsini diləməsi və təqdir etməsi bir qədərdir. O insanın təqdir edilmiş gündə yaradılması bir qəzadır. RUZİ Ruzi, Allahu Təalanın canlılara qidalanmaları üçün verdiyi və onların da yeyib-içdiyi şeylərdir. Lakin insan öz iradəsi ilə ruzisini halal və ya haram yollardan özü seçir və Allahu Təala da o yoldan verir. Buna görə də ruzisini halal yoldan istəməyib haram yeyənlər iradə və ixtiyarla- rını pis yöndə istifadə etdikləri üçün bundan məsuldurlar.
RkJQdWJsaXNoZXIy NTY0MzU=