ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
36 imtahan fürsəti verməmiş, onu xeyrə və ya şərə məcbur etmiş olardı. Halbuki Allahu Təala quluna zorla bir güna- hı işlədib sonra da onu cəzalandırmaz. Bəzi kimsələr: “Bəzilərinin ruhu əzəldə səcdə et- miş, bəzilərininki də etməmişdir, əzəldə ruhu səсdə et- məyənlər kafir olaraq vəfat edər”, - deyirlər. Əsla belə bir şey yoxdur. Bu iddia insanın inancını kökündən zə- dələr. Əzəl etiraz yeri deyildir. Orada hər kəs istəyərək və ya istəməyərək səcdə etdi. Allahu Təala bütün ruhlara: “Ələstu birabbikum (Mən sizin Rəbbiniz deyiləmmi?)” - deyə soruşduğu zaman bütün ruhlar istisnasız olaraq: “Bəla (Bəli, Rəbbimizsən)” - deyə söz verdilər. Bəzi kimsələr: “Sən nə edirsən et, Allah dilədiyi üçün hidayəti, dilədiyi üçün də zəlaləti xəlq edər”, - deyirlər. Bu da əsla doğru deyildir. Bu haqdakı Ayəti-kəriməni çoxları səhv təfsir və izah edir. Süleyman Hilmi Tunahan Əfəndi Həzrətləri bu haq- dakı Ayəti-kəriməni: “Allah hidayəti istəyib hidayəti diləyənlərə hidayəti, zəlaləti istəyib zəlaləti diləyənlərə də zəlaləti xəlq edər”, - deyə təfsir və izah etmiş və belə buyurmuşlar: “Əzəldə Əhməd cənnətlik, Mehmed cəhənnəmlikdir deyə zat və şəxs üzərinə bir hökm yoxdur. Ancaq paltarlar biçilmiş (iman, itaət, nur paltarları biçilmiş), “bu paltarları geyinənlər cənnətlikdir” deyilmişdir. Bundan başqa, küfr, üsyan, zülmət paltarları da biçilmiş və “bunları geyinənlər də сəhənnəmlikdir” deyilmişdir. Qul cüzi iradəsi ilə bu paltarları seçməkdə tamamilə sərbəst buraxılmışdır. Elə buna görə də insan cüzi iradəsi ilə bunlardan hansını seçib geyinərsə, oraya gedər”.
RkJQdWJsaXNoZXIy NTY0MzU=