ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

35 QƏDƏR VƏ QƏZAYA İMAN İmanın altıncı şərti qədərə inanmaqdır. Qədər və qəza məsələsi bəzən çətin anlaşıldığına görə asan başa düşülməsi üçün əvvəlcə insandakı iradəyi- cüziyyəni izah edək. İRADƏYİ-CÜZİYYƏ İradəyi-cüziyyə: Allahu Təalanın quluna verdiyi məhdud bir səlahiyyət və seçim haqqıdır. Lakin əhəmiy- yəti çox böyükdür. Çünki insan iradəsini xeyrə sərf edər- sə, Mövla xeyri, şərə sərf edərsə, şəri yaradır. Beləliklə, insan cənnəti də, cəhənnəmi də bu iradə ilə qazanır. Bəli, Xaliq (Yaradıcı) yalnız Allahu Təaladır. O, diləməzsə, O, yaratmazsa, heç bir şey olmaz. Ancaq qul kasib, yəni istə- yib çalışan, Mövla isə Xaliq, yəni yaradandır. İnsana verilən cüzi iradə maşının sükanı kimidir. İnsan sükanı hansı tərəfə döndərərsə, maşın o tərəfə ge- dər. Buna görə də Allaha üsyan edən bir şəxs: “Mən nə edim, Allah belə istəmiş, belə yaratmış”, - deyib məsu- liyyəti üstündən ataraq kənara çəkilə bilməz. Doğrudur, Allah diləmişdir, amma qulun iradəsi və çalışması bu yol- da olduğu üçün diləmişdir. Təbii ki, qulda belə bir cüzi iradə, yəni seçim haqqı olmasaydı, Allahu Təala quluna

RkJQdWJsaXNoZXIy NTY0MzU=