ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

33 AXİRƏT GÜNÜNƏ İMAN İmanın beşinсi şərti axirət gününə inanmaqdır. S urun üfürülməsi, bütün ölülərin dirilib qəbirlərindən qalxması, əməl dəftərlərinin verilməsi və məhşər meyda- nında toplanıb sorğu-sual olunması və hesaba çəkilməsi, mizan, şəfaət, sirat, Kövsər, cənnət və cəhənnəm kimi axirət həyatına aid hallara inanmaqdır. Axirət bu dünyadan sonrakı sonsuz həyatdır. Allahu Təala bu dünyanı və bütün varlıqları müvəqqəti bir zaman üçün yaratmışdır. İsrafil aleyhissəlamın Suru birinci dəfə üfürməsi ilə Qiyamət qopub bütün canlılar öləcək, dünya və dünya xaricindəki hər şey yox olacaqdır. Surun ikinci dəfə üfürülməsi ilə də məxluqat yenidən dirilərək hesab vermək üçün məhşər yerinə toplanacaq. Bütün insanlar və cinlər məhşərdə Allahın hüzurunda etdiklərindən hesaba çəkiləcək, ən incə nöqtəsinə qədər hesab verəcəklər, haqlı haqsızdan haqqını alacaqdır. Hesab işi qurtardıqdan sonra yaxşılar cənnətə, pislər cəhənnəmə girəcəkdir. Möminlər cənnətdə Allahu Təalanın camalını görəcəklər. Axirətə inanmayan Allaha və peyğəmbərə də inan- mamış olur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=