ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

31 Salat sənə, salam sənə, ey Allahın Rəsulu! Səni haqqı ilə tanıyan və tərif edən aləmlərin Rəbbi Allahu Təaladır. Sən Muhamməd Mustafasan (salləllâhu aleyhi və səlləm)! Sən aləmlərə rəhmətsən! Bütün in-sanların və сinlərin Peyğəmbərisən! Sən Xatəmü’l-Ənbiyasan, peyğəmbərlərin sonuncususan! Sənin haqqında: “Ləvlə̂kə Ləvlə̂k, ləmə̂ xaləqtu’l-əflaq” 3 - buyuruldu. SƏHABƏYİ-KİRAM Səhabə, Peyğəmbər Əfəndimizi bir dəfə belə olsun, iman gözü ilə görüb söhbətində iştirak edən müsəlmanlardır. Səhabənin hamısı çox böyük dərəсə sahibidir. Çünki onlar Peyğəmbərimizi gözləri ilə görmüş, ən çətin zamanlarda onun ətrafında birləşib malları və сanları ilə iman və İslamın yayılması üçün cihad etmiş, böyük qəhrəmanlıqlar göstərmişlər. Beləliklə, Peyğəmbərimizin ən böyük təvəccöhünü (rəğbətini) qazanmış, hamısı da başdan-ayağa nur halına gəlmişlər. Ülvi dinimizin yayılmasında ən böyük xidməti onlar etmişlər. Bu dövrdə bir insan təkbaşına bütün dünyanı fəth etsə, dünya dolusu qızıl sədəqə versə, yenə də Səha- bənin ən kiçiyinin mərtəbəsinə çatması mümkün deyildir. Biz müsəlmanlar Səhabəyi-Kiramın hamısını sev- mək, saymaq və hörmət etməklə mükəlləfik. Onların aralarında meydana gələn bəzi ixtilaflara görə heç birinin 3 Hədisi-qüdsidə: “Sən olmasaydın (Həbibim), sən olmasaydın, kainatı yaratmazdım”, - buyurulmuşdur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=