ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
30 - Oxu! - dedi. Peyğəmbərimiz Əfəndimiz (s.a.v): - Nəyi oxuyum? - dedi. Сəbrail (a.s) təkrar Peyğəmbər Əfəndimizi tutub sıxdı, sonra buraxdı və üçüncü dəfə: - Oxu! - dedi. Peyğəmbərimiz Əfəndimiz (s.a.v): - Nəyi oxuyum? - dedi. Сəbrail (a.s) təkrar Peyğəmbər Əfəndimizi üçüncü dəfə tutub sıxdı, sonra buraxdı. Beləliklə, Cəbrail (a.s) tərəfindən ona mənəvi bir əməliyyat tətbiq edilmiş oldu. Sonra Cəbrail (a.s): “Səni yoxdan var edən, tədricən tərbiyə edib böyüdən, kamilliyə çatdıran Rəbbinin ismi-şərifi ilə oxu! O, insanı lax- talanmış qandan yaratdı. Oxu! O, çox kərim olan Rəbbinin haqqı üçün ki, O, qələmlə öyrətdi. İnsana bilmədiyini öyrət- di” məalındakı Ələq surəsinin ilk beş ayəsini oxudu. Beləliklə, Həzrəti Muhammədə (salləllahu aleyhi və səlləm) Peyğəmbərlik vəzifəsi verildi. Qurani-Kərim iyir- mi üç ildə tamamlandı. On üç il insanları Məkkədə haqq yola dəvət etdi. Böyük məşəqqətlər və əziyyətlər çəkdi. Hər şeyə səbir edib Allahın varlığını, birliyini yaymağa çalışdı. Sonra Mədinəyi-Münəvvərəyə hiсrət etdi. On il də Mədinədə bütün güсü ilə Peyğəmbərlik vəzifəsini ye- rinə yetirdi. İnsanlara insanlığı öyrətdi, mədəniyyəti an- latdı. Qaranlıq könülləri İslamın nuru ilə aydınlatdı. Belə- liklə, vəzifəsini tamamladı. Altmış üç yaşında vəfat etdi. 2 İnsanlıq aləminə hidayət rəhbəri olan Qurani-Kərimi və sünnəti-səniyyəsini tövsiyə və əmanət etdi. 2 Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı hicri təqvimə görə 63 ildir. Çünki hicrətdən 53 il əvvəl doğulmuş və hicrətdən 10 il son- ra vəfat etmişlər. Miladi təqvimə görə isə həyatı 632-571=61 ildir. Aradakı 2 il fərq hicri təqvimdə bir il 354 və ya 355 gün, miladi təqvimdə isə 365 gün olmasındadır .
RkJQdWJsaXNoZXIy NTY0MzU=