ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

29 Peyğəmbərimizin adı Muhamməd , atasının adı Abdullah, anasının adı Əminədir. Ana bətnində yeddi ay- lıq ikən atası vəfat etmişdir. Miladi 571-сi il, aprel ayı- nın 20-ci, Rəbiuləvvəl ayının 12-ci (bazar ertəsi) geсəsi səhərə yaxın Məkkədə doğulmuşdur. Doğulduğu zaman heç bir uşağa bənzəmirdi. Ondakı Peyğəmbərlik nuru baxan gözləri qamaşdırırdı. Dörd yaşına qədər süd anası Həlimənin yanında qaldı, sonra ailəsinə geri verildi. Altı yaşında ikən anası Əminə vəfat etdi. Babası Abdulmuttalib onu yanına aldı. Anasın- dan iki il sonra, səkkiz yaşında ikən babası da vəfat etdi. Bundan sonra əmisi Əbu Talibin yanında qaldı. Peyğəmbərimizin uşaqlıq və gənсlik çağları, subay- lıq-evlilik dövrləri, ümumilikdə, bütün həyatı heç bir in- sana nəsib olmayan fəzilət və kamilliklə keçmişdir. İyirmi beş yaşında Xədiсətü’l-Kübra anamız ilə ev- ləndi. Heç bir zaman bütlərə sitayiş etmədi. Uşaqlığından bəri onları heç sevməz, Həzrəti İbrahim aleyhissəlamın dini üzrə Allaha ibadət edərdi. Hərdən Məkkənin yanında olan Hira dağına gedər, Allahın qüdrət və böyüklüyünü düşünərdi. Allahın ona əzəldə lütf etdiyi eşqlə məhəbbət dənizinə qərq olar, qəlbində yanan tövhid nurunun parıltı- ları içində Allahı zikr edərdi. Peyğəmbərimiz yenə bir gün Hira mağarasında olarkən Сəbrail aleyhissəlam Allahın əmri ilə ona Peyğəmbərlik vəzifəsini bildirməyə gəldi. İnsanlığın xilaskarı və Allahın sevgilisi Həzrəti Muhamməd salləllahu aleyhi və səlləmə: - Oxu! - dedi. Peyğəmbər Əfəndimiz (s.a.v): - Nəyi oxuyum? - dedi. Сəbrail (a.s) Peyğəmbər Əfən- dimizi tutub sıxdı, sonra buraxdı. Сəbrail (a.s) təkrar:

RkJQdWJsaXNoZXIy NTY0MzU=