ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
28 İnsaflı qeyri-müsəlmanlar Peyğəmbərimizə bu dərə- cədə heyran olur, maraq və məhəbbət göstərirsə, onun ümməti olan bizlərin ona necə bir sevgi və hörmətlə bağ- lanmağımızın lazım olduğunu düşünməliyik. Burada bunu da əlavə edək ki, Peyğəmbərimiz dünya- nı şərəfləndirdikdən sonra, öncə gəlmiş Peyğəmbərlərin gə- tirdiyi şəriətlərin hökmü qalmamışdır. Haqq və hökmran- lıq ancaq Qurani-Kərimə və bizim Peyğəmbərimizə aiddir. Onun üçündür ki, Peyğəmbər Əfəndimiz (s.a.v) bir ara Həz- rəti Ömərin əlində mənsux (hökmü qaldırılmış) “Tövrat” səhifələrindən bir parça görüb: “Siz də yəhudi və xristianlar kimi mənə verilən Nübuvvətə, mənə endirilən Qurana şübhə və tərəddüd edirsiniz? Vallahi, Tövrat”ın endirildiyi Musa Peyğəmbər (hazırda) həyatda olsaydı, mənə tabe olmaqdan başqa heç bir qüdrəti olmazdı”, - buyurmuşdular. Heç şübhəsiz, Peyğəmbər Əfəndimizin (s.a.v) və Qurani-Kərimin gəlməsi ilə “İncil” və “Tövrat”ın hökmü qaldırılmışdır. Qiyamətə qədər hökmü keçərli tək kitab Qurani-Kərimdir. Təsərrüf və hökmranlıq da ancaq bizim Peyğəmbərimiz Muhamməd Mustafaya (s.a.v) aiddir. PEYĞƏMBƏRİMİZİ YAXŞI TANIYAQ Dünya və axirətdə şərəfli, fəzilətli və yaxşı insan ol- maq aləmlərə rəhmət olan Peyğəmbərimiz Muhamməd Mustafanı (s.a.v) yaxşı tanımaq, yaxşı anlamaq və ona həqiqi ümmət olmaqla mümkündür. Bir insan Peyğəmbə- rimizi tanımadıqdan və sevmədikdən sonra heç bir şeylə şərəfli və fəzilətli ola bilməz.
RkJQdWJsaXNoZXIy NTY0MzU=