ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
27 zühur etmişdir. “Sənə əmr olunduğu kimi doğru ol!” İlahi əmrinə tam mənası ilə tabe olduğu üçün bütün həyatı boyu sədaqət və doğruluğun ən gözəl bir nümunəsi olmuşdur. O, hər cür riya və yalandan uzaq idi. Yaşadığı dövrdə kimsə kimsəyə etimad edə bilmədiyi halda, hər kəs ona inanır, ona etimad edir, ixtilafa düşdükləri məsələlərdə onun hakimliyinə və hökmünə razı olurdular. Onu inkar edən düşmənləri belə, onun sədaqət və doğruluğunu, yalan və riyadan uzaq olduğunu etiraf edirdilər. Onda gördükləri bənzərsiz əxlaq və yüksək xa- rakteri qiymətləndirir, ona “Muhammədu’l-Əmin (Əmin Muhamməd)” deyirdilər. Bütün aləmlərə rəhmət olan Əfəndimiz dünyanın belə bir zülmətə qərq olduğu bir dövrdə gəlmiş, batil inancları or- tadan qaldırmış, iman və İslam nuru ilə aləmi qaranlıqlardan xilas etmiş, bəşəriyyətə dünya və axirət səadətinin açarlarını verərək həqiqi mədəniyyətin yolunu göstərmişdir. Bu gün İslam tarixini qərəzsiz şəkildə araşdıran bir çox şərqşünas (qeyri-müsəlman alimlər) belə, Peyğəmbər Əfəndimizin (s.a.v) yüksək mərtəbəsini, gözəl əxlaqını və insanlıq üçün, həqiqətən, rəhmət və ən böyük xilaskar ol- duğunu qəbul etməyə məcbur olmuş, heyranlıqlarını giz- lədə bilməmişlər. Mahmud Əsad tərəfindən tərcümə edilən bir əsərdə məşhur ingilis filosofu T.Karlayl belə deyir: “Həzrəti Muhamməd (s.a.v) riyadan tamamilə uzaq olduğuna görə onu sevirəm... Həzrəti Muhammədi bəşə- riyyətdə ölçə biləcək bir tərəzi yoxdur. O, ölçülə bilməyə- cək qədər ağır və böyükdür”.
RkJQdWJsaXNoZXIy NTY0MzU=