ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
26 Peyğəmbərimizdən əvvəl göndərilən Peyğəmbərlərin çoxu müəyyən bir topluluğa, bir şəhər və ya kənd əhalisinə göndərilmişdir. Peyğəmbər Əfəndimiz isə bütün insanlığa, bütün məxluqata, yəni on səkkiz min aləmin hamısına rəhmət olaraq göndərilmişdir. Onun insanlığa necə böyük bir rəhmət olduğunu anlamaq üçün dünyaya gəlməzdən əvvəlki insanlığın halına bir baxmaq lazımdır. Bilindiyi kimi aləmlərin iftixarı olan Peyğəmbər Əfəndimizin kainatı şərəfləndirməsindən əvvəl bütün dünyada hər baxımdan pislik və qarışıqlıqların hökm sür- düyü bir fətrət dövrü mövcud idi. O günün insanları hər cür bidət və pozğunluq içində idilər. Bəşəriyyət haqq, ədalət və mədəniyyətdən uzaq, qorxunc bir vəhşətin girdabına qərq olmuşdu. Əxlaqsızlıq və quldurluq, hər cür zülm və zorakılıq baş alıb getmişdi. Belə ki, kimin kimə gücü çatırdısa, o, digərinin malına, canına və namusuna təcavüz edir, əlində nəyi vardısa, alır- dı. Hətta bəzi insanlar xurafat və batil inanclarla hərəkət edərək öz qız uşaqlarını torpağa basdırıb öldürürdülər. İn- sanlar vəhşət və əxlaqsızlığa dalmışdılar. Qadının cəmiy- yətdə heç bir dəyəri yox idi. Onunla pulla alınıb satıla bilən adi bir əşya kimi rəftar edilirdi. İnsanlar bir-birlərinə diş qıcayan düşmən qruplar halında qəbilələrə ayrılmış, qəbilələr arasında qan davaları baş alıb getmişdi. Məhz belə bir dövrdə Rəsuli-Əkrəm Əfəndimiz (salləllâhu aleyhi və səlləm) miladi 571-ci ildə Rəbiuləv- vəl ayının 12-ci gecəsi, səhərə yaxın Məkkəyi-Mükər- rəmədə dünyanı şərəfləndirdilər. Peyğəmbərlik silsiləsinin son halqası olan Peyğəm- bərimizdən qırx yaşına girib hələ özünə Peyğəmbər- lik verilməmişdən əvvəl belə, bir çox qeyri-adi hadisələr
RkJQdWJsaXNoZXIy NTY0MzU=