ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

24 PEYĞƏMBƏRLƏRİN SİFƏTLƏRİ Peyğəmbərlər haqqında bilinməsi vacib və zəruri olan sifətlər beşdir: 1. Sidq: Peyğəmbərlər doğrudurlar, əsla yalan danışmazlar. 2. Əmanət: Əmindirlər, hər məsələdə onlara güvənilir. 3. Təbliğ: Allahu Təalanın əmr və qadağanlarını nöqsansız və çəkinmədən təbliğ edərlər. 4. Fətanət: Son dərəcə ağıllı və zəkalıdırlar. 5. İsmət: Məsumdurlar, günah işləməkdən uzaqdırlar. Peyğəmbərimiz Muhamməd Mustafanın (s.a.v) di- gər Peyğəmbərlərdən əlavə beş xüsusiyyəti də vardır: 1. Bütün Peyğəmbərlərdən fəzilətlidir. 2. Bütün insanlara və cinlərə göndərilmişdir. 3. Xatəmü’l-Ənbiya; Peyğəmbərlər silsiləsinin son halqası, yəni son Peyğəmbərdir. Ondan sonra Peyğəmbər gəlməyəcək. 4. Bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. 5. Şəriəti qiyamətə qədər davam edəcəkdir. Qurani-Kərimdə adları keçən Peyğəmbərlər: Həzrəti Adəm aleyhissəlamdan Peyğəmbər Əfəndi- mizə (s.a.v) qədər Peyğəmbərlər göndərilmişdir. Göndə- rilən peyğəmbərlərin yalnız 28-nin adı Qurani-Kərimdə keçmişdir. Qurani-Kərimdə adları keçən və bilinmələri vacib olan Peyğəmbərlərin mübarək adları bunlardır:

RkJQdWJsaXNoZXIy NTY0MzU=