ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
23 PEYĞƏMBƏRLƏRƏ İMAN İmanın dördüncü şərti Peyğəmbərlərə inanmaqdır. Peyğəmbərlər Allahu Təalanın dinini, əmrlərini, qada- ğalarını, xəbərlərini qullarına bildirmək üçün göndərdiyi seçilmiş şəxslərdir. Peyğəmbərlərin vasitəsilə insanlar Allaha şərik qoşmaq və bütə tapınmaq kimi azğınlıqlardan qurtulur, inananlar həm dünyada, həm də axirətdə səadətə qovuşurlar. İnsanların ağılları həqiqi qurtuluş yolunu tapmağa yetmədiyindən, Həzrəti Allah qullarının əbədi xoşbəxtliyi və doğru yolu tapmaları üçün rəhbər olaraq Peyğəmbərlər göndərmişdir. PeyğəmbərlərAllah tərəfindən möcüzələrlə qüvvətləndirilmişlər. Allahın izni ilə onların əlində bir çox xariqüladə şeylər meydana gəlmişdir. İlk insan və ilk Peyğəmbər Adəm aleyhissəlamdır. Yaradılışı baxımından üstün bir varlıq olan insanın əsli bəzi kimsələrin iddia etdiyi kimi meymun deyil, yenə insandır. “İnsanın əsli meymundur” deyənlərin bu batil iddiasını əsrimizin inkişaf edən elmi və fənni kökündən çürütmüşdür. Heç şübhəsiz bilinməlidir ki, bizim əsli- miz meymun deyil, cənnətdən gəlmə və tərtəmiz Həzrəti Adəm ilə Həzrəti Həvvadır.
RkJQdWJsaXNoZXIy NTY0MzU=