ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
21 KİTABLARA İMAN İmanın üçüncü şərti kitablara inanmaqdır. Allahu Təala Öz iradə, əmr, qadağan və hikmətlərini qullarına bildirmək üçün zaman-zaman Peyğəmbərlərinə kitablar endirmişdir. Cəbrail (a.s) vasitəsilə Peyğəmbərlərə vəhy olaraq göndərilən kitab və suhufun (səhifələrin) sayı 104-dür. SUHUF (SƏHİFƏLƏR): 10 Suhuf: ADƏM aleyhissəlama; 50 Suhuf: ŞİT aleyhissəlama; 30 Suhuf: İDRİS aleyhissəlama; 10 Suhuf: İBRAHİM aleyhissəlama göndərilmişdir ki, hamısı 100 suhufdur. KİTABLAR 1. “Tövrat”, Musa aleyhissəlama. 2. “Zəbur”, Davud aleyhissəlama. 3. “İncil”, İsa aleyhissəlama. 4. “Qurani-Kərim”, Peyğəmbərimiz MUHAMMƏD MUSTAFAYA (s.a.v) gəlmişdir. Quranın gəlməsi ilə ilk üçünün hökmü qaldırılmışdır.
RkJQdWJsaXNoZXIy NTY0MzU=