ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
214 SUAL: Namazın neçə fərzi var? CAVAB: Altısı daxilində, altısı xaricində olmaqla 12 fərzi var. SUAL: Xaricindəkilər hansılardır? CAVAB: Hədəsdən təharət, nəcasətdən təharət, sətri- övrət, istiqbali-qiblə, vaxt, niyyət. SUAL: Daxilindəkilər hansılardır? CAVAB: İftitah təkbiri, qiyam, qiraət, rüku, səcdə, qadeyi-axirədə təşəhhüd miqdarı oturmaq. SUAL: Bir gündə neçə vaxt namaz qılınır? CAVAB: Sübh, zöhr, əsr, axşam və işa olmaqla beş vaxt namaz qılınır. SUAL: Bu vaxtlar neçə rükətdir? СAVAB: Sübh namazı 4 rükətdir: 2-si sünnət, 2-si fərz. Əvvəl sünnət, sonra fərz qılınır. Zöhr namazı 10 rükətdir: 4-ü ilk sünnət, 4-ü fərz, 2-si son sünnət. Əvvəlcə sünnət, sonra fərz, sonra da son sünnət qılınır. Əsr namazı 8 rükətdir: 4-ü sünnət, 4-ü fərz. Əvvəlcə sünnət, sonra fərz qılınır. Axşam namazı 5 rükətdir: 3-ü fərz, 2-si sünnət. Əvvəlcə fərz, sonra sünnət qılınır. İşa namazı 13 rükətdir: 4-ü sünnət, 4-ü fərz, 2-si son sünnət, 3-ü vaсib olan vitr namazıdır. Əvvəlcə sünnət, sonra fərz, sonra son sünnət, sonra da vacib olan vitr namazı qılınır. Gün ərzində cəmi 40 rükət namaz qılınır. SUAL: Namazda zəmmi-surəni unutduğun vaxt nə etmək lazım gəlir? СAVAB: Səhv səсdəsi etmək lazım gəlir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=