ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

213 2) Əlləri dirsəklərlə birlikdə yumaq. 3) Başın dörddə birini məsh etmək. 4) Ayaqları (topuqlarla birlikdə) yumaq. S UAL: Qüslün fərzi neçədir? CAVAB: Üçdür. 1) Ağzı bol su ilə yumaq; 2) Burunu bol su ilə yumaq; 3) Bütün bədəni heç quru yer qalmamaq şərti ilə yumaq. SUAL: Qüsl dəstəmazını tərif edə bilərsənmi? CAVAB: Edə bilərəm: Əvvəlcə səssiz Bəsmələ çəkib niyyət edirəm. Övrət yerimi yuyuram. Namaz dəstəmazı kimi dəstəmaz alıram. Bu arada ağzıma 3 dəfə bol-bol su alır, 3 dəfə burunuma yaxşıca su çəkirəm. Sonra 3 dəfə başımdan aşağı su tökürəm. 3 dəfə sağ, 3 dəfə sol çiynimə su tökür, hər dəfəsində bütün bədənimi heç quru yer qalmayana qədər ovxalayıram. Üzüyün altını və göbək çuxurunu isladıram. Suyun dəriyə keçməsinə mane olacaq bir şey varsa, təmizləyir və oranı da isladıram. Qadınlar sırğa deşiklərini də isladırlar. S UAL: Təyəmmümün neçə fərzi vardır? CAVAB: İki: 1) Niyyət (təyəmmümə niyyət etmək). 2) Əlləri iki dəfə torpağa vurub birincidə üzü, ikincidə qolları məsh etmək, silmək. SUAL: Təyəmmüm neсə alınır? СAVAB: Təyəmmüm almağa niyyət edirəm. Əllərimi təmiz torpağa vurub üzümü məsh edirəm. Əllərimi təkrar təmiz torpağa vurur, sağ qolumu sol əllə, sol qolumu sağ əllə məsh edirəm.

RkJQdWJsaXNoZXIy NTY0MzU=