ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

212 SUAL: İmam Maturidi nə zaman vəfat etmişdir? СAVAB: Hiсri 333-сü ildə vəfat etmişdir. SUAL: Əbul-Həsən Əşari Həzrətləri haralıdır və nə zaman vəfat etmişdir? СAVAB: Bəsrəlidir, hiсri 324-сü ildə vəfat etmişdir. S UAL: Namazın qəzaya qalmasına məşru (şəriətə uyğun olan) səbəb neçədir? СAVAB: Üçdür: SUAL: Saya bilərsinizmi? CAVAB: Saya bilərəm: 1) Yuxu; 2) Döyüş vaxtı düş- məndən heç fürsət tapmamaq; 3) Unutmaq. SUAL: Otuz iki fərzi saya bilərsinizmi? СAVAB: Saya bilərəm: 6 - imanın şərti, 5 - İslamın şərti, 4 - dəstəmazın fərzi, 3 - qüslün fərzi, 2 - təyəmmü- mün fərzi, 12 - namazın fərzi. Cəmi 32 edər. SUAL: İmanın şərtləri hansılardır? CAVAB: Allahın varlığına, birliyinə, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərə, xeyir və şərin yaradıcısının Allah olduğuna inanmaqdır. SUAL: İslamın neçə şərti vardır? CAVAB: Beş: 1) Kəlməyi-şəhadət gətirmək; 2) Na- maz qılmaq; 3) Zəkat vermək; 4) Oruc tutmaq; 5) Həсci əda etmək. SUAL: Dəstəmazın neçə fərzi var? CAVAB: Dörd: 1) Üzü saçın bitdiyi yerdən, qulaq yumşağından çənə altına qədər yumaq.

RkJQdWJsaXNoZXIy NTY0MzU=