ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
211 SUAL: Əhli-sünnət və camaatın etiqadda məzhəb imamları neçədir? СAVAB: İkidir. SUAL: Kimlərdir? СAVAB: İmam Əbu Mansur Muhamməd Maturidi və İmam Əbu’l-Həsən Əşari Həzrətləri. SUAL: Əhli-sünnətin əməldə məzhəbi neçədir? СAVAB: Dörd. SUAL: Hansılardır? СAVAB: Hənəfi, Şafi, Maliki, Hənbəli məzhəbləridir. SUAL: Etiqadda məzhəbin hansıdır? СAVAB: Əhli-sünnət və camaat məzhəbidir. SUAL: Əməldə məzhəbin hansıdır və imamı kimdir? СAVAB: Hənəfi məzhəbidir və imamı, İmam Azam Həzrətləridir. SUAL: Bizim etiqadda məzhəbimizin imamı kimdir? СAVAB: İmam Əbu Mənsur Muhamməd Maturidi rahiməhullâh Həzrətləridir. SUAL: Şafi, Maliki və Hənbəli məzhəbinə mənsub olanların etiqadda imamları kimdir? СAVAB: Əbu’l-Həsən Əşari rahiməhullâh Həzrətləridir. SUAL: İmam Əbu Mənsur Muhamməd Maturidi haralıdır? СAVAB: Səmərqəndin Maturid kəndindəndir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=