ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

210 SUAL: Peyğəmbərimiz Məkkəyi-Mükərrəmədən Mədinəyi-Münəvvərəyə hansı tarixdə hiсrət etdi? СAVAB: Miladi 622-сi il tarixində hiсrət etdi. Hiсrət biz müsəlmanlara görə tarix başlanğıcıdır. SUAL: Mələk nədir? СAVAB: Allahın nurdan yaratdığı, istədikləri şəklə girə bilən və daim ibadət edən günahsız varlıqlardır. SUAL: Dörd böyük mələk hansılardır? СAVAB: Сəbrail, Mikail, İsrafil və Əzrail aleyhimus- səlâmdır. SUAL: Dörd böyük kitab hansıdır və hansı Peyğəmbərlərə enmişdir? СAVAB: “Tövrat” Musa aleyhissəlâma, “Zəbur” Davud aleyhissəlâma, “İnсil” İsa aleyhissəlâma, “Qurani- Kərim” Peyğəmbərimiz Muhamməd Mustafa salləllâhu aleyhi və səlləm Əfəndimiz Həzrətlərinə enmişdir. S UAL: Suhuf nə deməkdir, neçə dənədir və kimlərə verilmişdir? СAVAB: Allahu Təalanın dörd kitabdan başqa Сəbrail (a.s) vasitəsilə bəzi Peyğəmbərlərə göndərdiyi səhifələrə suhuf deyilir və 100 dənədir. Adəm Aleyhissəlâma 10, Şit Aleyhissəlâma 50, İdris Aleyhissəlâma 30, İbrahim aleyhissəlâma isə 10 suhuf verilmişdir. SUAL: Məzhəb nədir? C AVAB: Böyük din müctəhidlərinin şəri dəlillərdən çıxardıqları məsələlər və hökmlər topluluğudur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=