ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
209 SUAL: Bunlar kimin övladlarıdır? СAVAB: Hz.Əli və Hz.Fatimənin (radıyallahu anhumə̂). SUAL: Peyğəmbər kimə deyilir? СAVAB: İlahi hökmləri insanlara təbliğ etmək üçün Allahın vəzifələndirdiyi şəxsə deyilir. SUAL: Allah tərəfindən məxluqata göndərilən Peyğəmbərlərin sayı neçədir? СAVAB: Peyğəmbərimizdən edilən bir rəvayətə görə 124 min, digər bir rəvayətə görə isə 224 mindir. SUAL: Qurani-Kərimdə adı keçən Peyğəmbərlə- rin sayı neçədir? СAVAB: İyirmi səkkiz. SUAL: Adlarını saya bilərsənmi? СAVAB: Saya bilərəm: Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmail, İshaq, Yaqub, Yusuf, Eyyub, Şuayb, Musa, Harun, Davud, Süleyman, Yunus, İlyas, Əlyəsa, Zülkifl, Zəkəriy- yə, Yəhya, İsa, Üzeyir, Loğman, Zülqərneyn və Həzrəti Muhamməd Mustafa saləvâtullâhi alə̂ nəbiyyinə̂ və aley- him əcməîn həzrətləridir. Üzeyir, Loğman və Zülqərneyn (aleyhumussəlâm) Həzrətlərinə bəziləri övliya demişlər. SUAL: Həzrəti Muhamməd Mustafa (salləllâhu aleyhi və səlləm) Əfəndimiz hansı tarixdə doğuldu və hansı tarixdə vəfat etdi? СAVAB: Rəbiuləvvəl ayının 12-si, bazar ertəsi günü miladi 571-сi il tarixində doğuldu və yenə Rəbiuləvvəl ayının 12-də, miladi 632-сi il tarixində vəfat etdi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=