ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

20 MƏLƏKLƏRƏ İMAN İmanın ikinci şərti mələklərə inanmaqdır. Mələklər nurdan yaradılmış, istədikləri surət və şəkil- lərə girə bilən ruhani və lətif varlıqlardır. Mələklərdə erkəklik və dişilik yoxdur. Onlara əmr olunan şeylərdə Allaha üsyan etməzlər. Yorulub taqətdən düşməzlər. Yemək, içmək kimi ehtiyacları yoxdur. Bəzisi göydə, bəzisi yerdə, bəzisi də Ərşdə vəzifəlidir. Sayları- nı ancaq Allahu Təala bilir. İçlərindən dörd böyük mələk vardır ki, onlar mələklərin Peyğəmbərləridir. DÖRD BÖYÜK MƏLƏK 1. Cəbrail (a.s): Allahu Təalanın kitablarını Peyğəm- bərlərə gətirməklə, yəni vəhy ilə vəzifəli olub, Allah ilə Peyğəmbərləri arasında bir vasitə və elçidir. 2. Mikail (a.s): Bir qisim hadisələrin, məsələn, küləyin, yağışın və bitkilərin meydana gətirilməsi ilə vəzifəlidir. 3. İsrafil (a.s): Surun üfürülməsi, qiyamət gününün meydana gəlməsi, insanların və cinlərin qiyamətdə təkrar dirilmələri kimi xüsuslarda vəzifəlidir. 4. Əzrail (a.s): İnsan və cinlərdən əcəli gələnlərin ruhlarını almaqla vəzifəlidir. Yəni Allahu Təalanın əmri ilə onların canlarını alır. Bundan başqa, hər insanda 384 vəzifəli mələk var- dır. Bunlardan Kiramən Katibin mələkləri insanın etdiklərini yazmaqla vəzifəlidirlər.

RkJQdWJsaXNoZXIy NTY0MzU=