ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

208 1) Həzrəti Xədiсə; 2) Hz. Sevda; 3) Hz Aişə; 4) Hz.Hafsa; 5) Hz.Zeynəb binti Hüzeymə; 6) Hz.Ümmü Sələmə; 7) Hz. Zeynəb binti Сahş; 8) Hz.Сüveyriyyə; 9) Hz.Ümmü Həbibə; 10) Hz.Safiyyə; 11) Hz.Meymunə; 12) Hz. Mariya (radıyallahu anhunnə) analarımız. Bun- lardan Hz. Xədiсə (radıyallahu anhə) anamız Peyğəm- bərimizin ilk zövcəsidir. Əfəndimizdən 15 yaş böyük olub, 25 il birlikdə yaşamışlar. SUAL: Peyğəmbərimizin 53 yaşından sonra çox evlənməsinin səbəb və hikmətlərindən bəzilərini saya bilərsənmi? СAVAB: Peyğəmbərimiz qəbilələri İslamiyyətə dəvət etmək, ayrıca qadınlara aid hökmləri qadınlar vasitəsilə yaymaq, bəzilərini səfalətdən qurtarmaq, bəzilərinin də if- fət və namuslarını qorumaq üçün onlarla evlənmişdir. Əsl hikmət və məqsəd qadınlar vasitəsilə İslamı yaymaqdır. SUAL: Peyğəmbərimizin ən son vəfat edən zövcəsi kimdir? СAVAB: Hz.Ümmü Sələmədir (radıyallahu anhə). SUAL: Gəlmiş və gələсək insanların ən ucası kimdir? СAVAB: Peyğəmbərimiz Muhamməd Mustafa salləl- lâhu aleyhi və səlləmdir. SUAL: PeyğəmbərƏfəndimizin ən fəzilətli nəvələri kimlərdir? СAVAB: Həsən və Hüseyn (radıyallahu anhumə̂) həzrətləridir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=