ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
206 SUAL: Kitabın hansı kitabdır? СAVAB: Qurani-Kərimdir. SUAL: Qiblən haradır? СAVAB: Kəbəyi-Müəzzəmədir. SUAL: Kimin zürriyyətindənsən? СAVAB: Adəm aleyhissəlamın zürriyyətindənəm. SUAL: Kimin millətindənsən? СAVAB: İbrahim aleyhissəlamın millətindənəm. SUAL: Kimin ümmətindənsən? СAVAB: Muhamməd aleyhissəlamın ümmətindənəm. SUAL: Peyğəmbərimiz harada doğuldu və indi haradadır? СAVAB: Məkkədə doğuldu. Əlli yaşından sonra Mədinəyə hiсrət etdi. İndi Mədinədə “Ravzayı-Mutahha- ra”sındadır. SUAL: Peyğəmbərimizin neçə adı var? СAVAB: Gözəl adları çoxdur, lakin dördünü bilmək lazımdır. Bunlar:Muhamməd,Mustafa, Əhməd,Mahmud. SUAL: Peyğəmbərimizin ən çox istifadə edilən adı hansıdır? СAVAB: Həzrəti Muhamməd Mustafa salləllâhu aleyhi və səlləmdir. SUAL: Peyğəmbərimizin atasının adı nədir? СAVAB: Həzrəti Abdullahdır. SUAL: Anasının adı nədir? СAVAB: Həzrəti Əminədir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=