ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

205 SUAL: Allahu Təalanın bir olduğuna dəlilin nədir? СAVAB: İxlas surəsinin ilk ayəti-kəriməsidir. SUAL: Bunun mənası nədir? СAVAB: “Sən söylə ki, ey Həbibim, Allah birdir” deməkdir. SUAL: Allahu Təalanın varlığına dair əqli dəlilin nədir? СAVAB: Bu aləmin varlığı və aləmdəki nizam-intiza- mın davam etməsidir. SUAL: Allahın zatı haqqında düşünmək caiz- dirmi (olarmı)? СAVAB: Caiz deyildir. Çünki ağıl Allahın Zatını dərk et- məkdən acizdir. Allahın ancaq sifəti haqqında düşünmək olar. SUAL: İmani-yeis nədir? СAVAB: Firon kimi ölərkən iman gətirməkdir. SUAL: Allahu Təala bu imanı qəbul edərmi? СAVAB: Xeyr, qəbul etməz. SUAL: Tövbəyi-yeis nədir? СAVAB: İmanı və əməli olan kimsənin ölərkən günahlarından peşman olub tövbə etməsidir. SUAL: Allahu Təala bu tövbəni qəbul edərmi? СAVAB: Bəli, qəbul edər. SUAL: Dinin hansıdır? СAVAB: İslam dinidir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=