ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
204 MÜSƏLMAN UŞAĞINA BƏZİ DİNİ SUALLAR SUAL: Sən müsəlmansanmı? СAVAB: Müsəlmanam, Əlhamdulillə̂h. SUAL: Müsəlmanam demənin mənası nədir? СAVAB: Allahı bir bilmək, Qurani-Kərimi və Muhamməd aleyhissəlamı təsdiq etməkdir. SUAL: Nə zamandan bəri müsəlmansan? СAVAB: “Bəla” dediyimiz zamandan bəri müsəlmanam. SUAL: “Bəla” zamanı nəyə deyirlər? СAVAB: Misaqa deyirlər. Allahu Təala ruhlarımızı yaratdığı vaxt onlara xitab edərək: “Ələstu birabbikum”, yəni (Mən sizin Rəbbiniz deyiləmmi?) deyə soruşdu. On- lar da: “Bəla (Bəli, Rəbbimizsən)” - dedilər. O zamandan bəri müsəlmanam deməkdir. SUAL: Rəbbin kimdir? СAVAB: Allahu Təala. SUAL: Səni kim yaratdı? СAVAB: Allahu Təala. SUAL: Sən kimin qulusan? СAVAB: Allahu Təalanın quluyam. SUAL: “Allah neçədir” deyənlərə nə deyərsən? СAVAB: “Allahu Təala birdir”, - deyərəm.
RkJQdWJsaXNoZXIy NTY0MzU=