ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

202 22. Əmanətə xəyanət etməmək. 23. Dinən yasaq olan zarafatlar etməmək. 24. Allaha və Rəsuluna itaət etmək. 25. Günah işləməkdən çəkinib Allaha sığınmaq. 26. Allah üçün sevmək, Allah üçün sevməmək (büğz etmək). 27. Hər şeyə ibrətlə baxmaq. 28. Təfəkkür etmək (Allahu Təalanın qüdrətini, əzə-mətini və insanın yaradılışındakı məqsədi düşünmək). 29. Elm öyrənməyə çalışmaq. 30. Pis zəndən çəkinmək. 31. İstehza (lağ) etməmək. 32. Harama baxmamaq. 33. Daim doğru olmaq. 34. İtaətsizliyi və azğınlığı tərk etmək. 35. Sehr etməmək. 36. Ölçü və çəkidə doğru olmaq. 37. Allahın əzabından qorxmaq. 38. Bir günlük yeyib-içməyi olmayana sədəqə vermək. 39. Allahın rəhmətindən ümid kəsməmək. 40. Nəfsin pis arzularına tabe olmamaq. 41. İçki içməmək, narkotik qəbul etməmək. 42. Allaha və möminlərə pis zəndən çəkinmək. 43. Zəkat vermək və mal ilə cihad etmək. 44. Kişinin, heyz və nifas halında olan xanımı ilə cinsi münasibətdə olmaması.

RkJQdWJsaXNoZXIy NTY0MzU=