ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
19 SİFƏTİ-SÜBUTİYYƏ All ahu Təalanın sifəti-sübutiyyəsi səkkizdir: 1. Həyat: Həyat; Allahu Təala diridir və dirildəndir. 2. Elm: Bilgi; Allahu Təala hər şeyi bilir. Allahu Təala qəlblərdə gizlənən niyyətləri belə bilir. 3. Səmi: Eşitmək; Allahu Təala hər şeyi eşidir. 4. Basar: Görmək; Allahu Təala hər şeyi görür. Allahu Təala qaranlıq gecədə qara daşın üstündə qara qarışqanın yeridiyini görür və ayağının səsini eşidir. 5. İradə: Diləmək; Allahu Təala nə dilərsə, onu dilə- diyi kimi edər. 6. Qüdrət: Gücü çatmaq; Allahu Təala hər şeyə qadirdir. 7. Kəlam: Danışmaq; Allahu Təalanın hərf və səsə möhtac olmadan danışması deməkdir. Qurani-Kərim Allahın kəlamıdır. 8. Təkvin: Yoxdan var etmək, meydana gətirmək, yaratmaq; Allahu Təala bütün məxluqların yaradıcısıdır.
RkJQdWJsaXNoZXIy NTY0MzU=