ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

18 ALLAHU TƏALAYA İMAN İmanın altı şərtindən birincisi Allahu Təalaya iman gətirməkdir. Belə ki, Allahu Təala vardır, Onun zatı bütün kamil sifətlərə sahibdir. Bütün nöqsan sifətlərdən münəz- zəhdir, uzaqdır. Allahu Təalanın sifətləri sifəti-zatiyyə və sifəti-sübu- tiyyə olmaq üzrə iki qismə ayrılır. SİFƏTİ-ZATİYYƏ Allahu Təalanın sifəti-zatiyyəsi altıdır: 1. Vücud: Var olmaq. Allahu Təala vardır. 2. Qidəm: Əvvəli olmamaq, əzəli olmaq. Allahu Təalanın varlığının əvvəli yoxdur. 3. Bəqa: Sonu olmamaq, əbədi olmaq. Allahu Təala- nın varlığının sonu yoxdur. 4. Vəhdaniyyət: Birlik. Allahu Təala zatında və sifət- lərində tək olub şəriki yoxdur. 5. Müxaləfətun lilhavədis: Yaradılanlara heç bən- zəməmək. Allahu Təala sonradan olan heç bir şeyə bən- zəməz. Ağla nə gəlirsə, Allahu Təala ondan başqadır. 6. Qiyam binəfsihi: Varlığında başqasına möhtac ol- mamaq. Allahu Təala varlığında heç bir şeyə möhtac deyil.

RkJQdWJsaXNoZXIy NTY0MzU=